Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
“Baku Steel Company” İtaliyada boru satışını artırmaq üçün iki şirkətlə niyyət sazişi imzalayıb. “Azərboru”nun məhsulları üçün hədəf İtaliya bazarıdır – Sumqayıt istehsalı tikişsiz polad borular İtaliya distribütorlarına təqdim ediləcək.“Baku Steel Company” QSC (bundan sonra – BSC) Bakıda keçirilən Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib.
Tədbirin işgüzar proqramına plenar iclas, tematik sessiyalar və biznes dairələrinin nümayəndələri arasında görüşlər daxil olub. Forumda iki ölkə arasında metallurgiya, energetika və infrastruktur sahələrində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib. BSC-nin Baş direktorunun müavini Sultan Əskərov qabaqcıl istehsal texnologiyaları və sənayenin rəqəmsal transformasiyasına həsr olunmuş panel sessiyasında çıxış edərək şirkətdə avtomatlaşdırma, süni intellekt və rəqəmsal həllərin istehsal səmərəliliyinin artırılması və yüksək əlavə dəyərli məhsulların inkişafında tətbiqindən danışıb.
Tədbir çərçivəsində BSC İtaliyanın “Dismas Trading S.r.l.” və “Edgar H. Greenham & Co. S.r.l.” şirkətləri ilə niyyət sazişi bağlayıb. Sənədi BSC adından Baş direktor Kamal İbrahimov, italiyalı tərəfdaşlar adından isə İtaliya–Azərbaycan Ticarət Palatasının (ITAZERCOM) prezidenti Manuela Traldi imzalayıb.
Razılaşma BSC-nin tikişsiz polad borularının İtaliya bazarında təşviqi və satışının genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur. Tərəfdaş şirkətlər məhsulların yerli distribütorlara və son istehlakçılara təqdim edilməsinə dəstək göstərəcəklər.
ŞİRKƏT HAQQINDA
“Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Şirkət tikinti, infrastruktur layihələri və sənaye üçün polad məhsulları istehsal edir. BSC-nin tikişsiz polad boruları Sumqayıtda yerləşən “Azərboru” İstehsalat sahəsində hazırlanır.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi - RABİTƏBANKDA “GREEN FRIDAY” FÜRSƏTİ ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
21 d. əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 32 d. əvvəl
- 38 d. əvvəl
-
52 d. əvvəl
Hesablanmış verginin 25%-i ödənilməyəcək - Sahibkarlara yeni vergi güzəşti
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 18 milyon manatlıq şüşələrin emalı layihəsi
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
İri şəbəkə Buzovnada mağaza açır
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Ən çox oxunanlar
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
Yeni proqnoz – 1 dollar 60 lirəyə çata bilər
70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi - RABİTƏBANKDA “GREEN FRIDAY” FÜRSƏTİ ®
Noyabrın 25-də gözlənilən hava şəraiti


























