Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib, sənəddə Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Sülh sazişi üçün Bakının irəli sürdüyü şərt: Azərbaycanın etiraz etdiyi istinad Ermənistanın yeni Konstitusiya layihəsində yer almayıb. Paşinyan istefasını referendumun nəticəsinə bağlayır – Konstitusiya layihəsi rədd edilərsə, vəzifədən gedəcək. Layihə qəbul olunsa, növbəti seçkilərdə baş nazirliyə namizəd olmayacaq.
AzVak-mobil_resmin_ustu_31
Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib, sənəddə Müstəqillik Bəyannaməsinə istinad yoxdur
iç səhifə xəbər şəkil altı (mobil)_32

Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib.

Ermənistan mediası xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Reklam_3_11

Qeyd edilib ki, yeni Konstitusiyanın layihəsinin preambulasının mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Qeyd edək ki, Paşinyan hökumətin iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edərək, onun rədd ediləcəyi təqdirdə, istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağını bildirib.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ermənistanın yeni Konstitusiya layihəsi Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsi Konstitusiyanın preambulası Ermənistanda referendum təklifi Paşinyanın istefa şərti Azərbaycan–Ermənistan sülh sazişi Azərbaycanın sülh sazişi üçün şərti
23.11.2026 10:16
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar