Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

BYD Fransada keçmiş “Mercedes-Benz” zavodunu almaq üçün danışıqlara başlayıb

BYD Avropa sürücüləri üçün Fransada avtomobil istehsal etmək istəyir. Çin avtomobil istehsalçısı Fransa–Almaniya sərhədindəki zavoda göz dikib.
AzVak-mobil_resmin_ustu_31
BYD Fransada keçmiş “Mercedes-Benz” zavodunu almaq üçün danışıqlara başlayıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Çinin avtomobil istehsalçısı BYD Fransanın Hambax şəhərində yerləşən avtomobil zavodunu almaq üçün “INEOS Automotive” ilə eksklüziv danışıqlara başlayıb. Şirkət burada Avropa sürücülərinin tələblərinə uyğun avtomobillər istehsal etmək niyyətindədir.

Marja.az BYD-nin noyabrın 24-də yaydığı açıqlamaya istinadən xəbər verir ki, tərəflər alqı-satqını hələ yekunlaşdırmayıblar. Nəzərdə tutulan əməliyyatla bağlı işçiləri təmsil edən şuralarla məsləhətləşmələr aparılmalıdır. Zavodun satış qiyməti, planlaşdırılan istehsal həcmi, BYD-nin burada istehsal edə biləcəyi modellər və əməliyyatın gözlənilən tamamlanma tarixi açıqlanmayıb.

BYD bildirib ki, zavodun fəaliyyətini davam etdirmək, yerli məşğulluğu dəstəkləmək, bölgədəki işçilər və təchizatçılar üçün yeni imkanlar yaratmaq niyyətindədir. Şirkət bu sərmayə planını Avropada uzunmüddətli fəaliyyət strategiyası və Fransaya inamı ilə əlaqələndirib.

Fransa–Almaniya sərhədi yaxınlığında yerləşən zavodun sahəsi təxminən 210 min kvadratmetrdir. “INEOS Automotive” müəssisəni 2021-ci ilin yanvarında “Mercedes-Benz”dən alıb. Hazırda burada “Grenadier” və “Quartermaster” yolsuzluq avtomobilləri istehsal olunur. Zavodda tam avtomatlaşdırılmış kuzov sexi, yarımavtomatlaşdırılmış rəngləmə sexi və keyfiyyətə nəzarət mərkəzi fəaliyyət göstərir.

“INEOS Automotive” satış baş tutacağı təqdirdə hər iki modelin istehsalının ortamüddətli dövrdə Hambaxda davam edəcəyini gözləyir. Şirkət ABŞ-da istehsal üçün də potensial məkanların qısa siyahısını hazırlayıb və 2028-ci ildə hər iki modelin ABŞ-da istehsalına başlamağı hədəfləyir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

BYD Fransa zavodu BYD INEOS Automotive danışıqları Hambax avtomobil zavodu Hambach zavodu keçmiş Mercedes-Benz zavodu BYD Fransada avtomobil istehsalı BYD Avropa istehsal planları INEOS Grenadier istehsalı INEOS Quartermaster istehsalı INEOS ABŞ istehsal planı 2028
25.11.2026 07:50
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19