Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Norm" devalvasiyanın şokundan çıxır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Norm" devalvasiyanın şokundan çıxır

 

Azərbaycanda ən böyük sement  istehsalçısı “Norm” MMC 2016-cı ili 302 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2015-ci ildə devalvasiya ilə əlaqədar olaraq 29,4 milyon manat zərər açıqlamışdı.

 

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2015-ci ildə 101,4 milyon manat olan satışlar 2016-cı ildə 86 milyon manat təşkil edib. Satış, inzibati və digər xərclər çıxıldıqdan sonra şirkətin 11,3 milyon manat əməliyyat mənfəəti qalıb. Maliyyə xərcləri, xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi və kreditor borclarının diskontlaşdırılması əməliyyat mənfəətinin böyük hissəsini silib. Eyni zamanda, "Norm" 1 milyon manatdan çox mənfəət vergisi ödəyib.

 

BORCUNU AZALDIB

 

Qeyd edək ki, Norm Sement Zavodu əsasən xaricdən cəlb edilmiş kreditlər hesabına tikilib. Dolların manat qarşısında bahalaşması borcun manat ilə ifadədə kəskin artmasına səbəb olmuş və şirkəti zərərə salmışdır.

 

31 Dekabr 2016-cı il tarixində “Norm” MMC 240 milyon manat cəmi aktivlərə, 113,2 milyon manat cəmi kapitala və 126,8 milyon manat cəmi öhdəliklərə malik olub. Ötən il Şirkətin uzunmüddətli borcları 91,2 milyon manatdan 68,8 milyon manata, qısamüddətli borcları isə 69,3 milyon manatdan 58 milyon manata düşüb.

 

İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

20.07.2017 16:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ