Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank 2 dəfə çox manat yığacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank 2 dəfə çox manat yığacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

 

"Marja" xəbər verir ki, hərrac ilə  200 000 000 (iki yüz milyon) manat cəlb edilməsi planlaşdırılır. Bundən əvvəlki hərracda 100 milyon manat cəlb edilmişdi.

 

Müddət 14 gün, faiz dərəcəsi 10,01% – 14,99% müəyyən olunub.

 

Xəbər verdiyimiz kimi, 17.07.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən 100 milyon manatın cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 600,6 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.

 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

21.07.2017 08:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ