Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

VTB (Azərbaycan) ilin birinci yarısını mənfəətlə başa vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
VTB (Azərbaycan) ilin birinci yarısını mənfəətlə başa vurub

2017-ci ilin birinci yarısının nəticələrinə əsasən, bank VTB (Azərbaycan)-ın mənfəəti 3 mln manatı keçib. Bu barədə Bankın press-relizində deyilir.

 

Cari ilin 30 iyun tarixinə bankın aktivləri təqribən 405 mln manat, öhdəlikləri isə 366 mln manat olub. Bankın öhdəliklərinin təqribən yarısı – 177,5 mln manatı depozitlər təşkil edib.

 

İkinci rübün sonuna bankın kredit portfeli 323 mln manatı ötüb ki, bu məbləğin də 200 mln manatı hüquqi şəxslərin və sahibkarların payına düşüb.

 

Hesabat dövründə bankın məcmu kapitalı 50,9 mln manat olub ki, bu da AR Mərkəzi Bankının kommersiya banklarının kapitalına dair tələblərə tam cavab verir. Birinci və ikinci dərəcəli kapital adekvatlığı tələblər 5% və 10% olduğu halda müvafiq olaraq 29,71% və 50,38% təşkil edib.

21.07.2017 14:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ