Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avtomobil nəhənglərilə bağlı şok iddia - Mercedes, BMW, VW, Audi, Porsche, Opel

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil nəhənglərilə bağlı şok iddia - Mercedes, BMW, VW, Audi, Porsche, Opel

Almaniyada həftəlik dərc olunan "Der Spiegel" jurnalı? Mercedes, BMW, Volkswagen, Audi, Porsche, Opel kimi nəhəng istehsalçıların rəqabəti əngəlləmək üçün 20 ildir ki, birlikdə hərəkət etdiyini iddia edib. Avropa Komissiyası məsələdən xəbərdar olduğunu bildirərək, araşdırıldığını, ancaq şərh verməyin tez olacağını deməklə kifayətlənib.


 
"Der Spiegel"in xəbərinə görə, Almaniyanın aparıcı avtomobil istehsalçıları 1990-cı illərdən bu yana nəhəng bir kartelə çevrilib.


 
"Marja" jurnalın internet səhifəsindəki xəbərə istinadən xəbər verir ki,  məqsəd, avtomobil və mühərrik hazIrlamaq ilə bağlı hər məsələdə rəqabəti əngəlləmək olub. Təxminən iyirmi il ərzində qiymətqoyma, tədarük və texniki detallarda qeyri-qanuni məlumat mübadiləsi aparılıb, rəqiblərə qarşı eyni mövqe tutulub.

 

Avropa Birliyinin antimonopoliya rəsmiləri isə xəbərin ardından dərhal bəyanat verib. Açıqlamada deyilir:


 
-Avropa Komissiyası və Bundeskartellamt (Almaniya Rəqabət Qurumu) məsələ ilə bağlı məlumat alıb və hazırda Komissiya tərəfindən qiymətləndirilir. Bu mərhələdə daha çox şərh vermək tezdir.

 

Əgər komissiya rəsmiləri avtomobil istehsalçılarının rəqabət məcəlləsini pozduğuna dair  faktlar əldə edərsə, şirkətlər cərimələnəcək.  

 

ALMANİYA SƏNAYESİNİN BEŞDƏ BİRİNİ AVTOMOBİL TƏŞKİL EDİR
 
Almaniyanın avtomobil sənayesi ölkənin ümumi sənaye gəlirlərinin 20%-ni istehsal edərkən, təkcə Almaniyada 800 min nəfəri işlə təmin edir. Mercedes, BMW, Volkswagen, Audi kimi brendlər təkcə Almaniyanın deyil, Avropa iqtisadiyyatının da əsas brendləri arasındadır.


 
Dünyada istehsal olunan hər 5 avtomobildən biri "Alman malı" etiketini daşıyır və dünya istehlakında 1-ci sıradadır. 

24.07.2017 12:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ