Twitter-dən 360 dərəcə canlı yayım funksiyası
Canlı yayım xidmətini Periscope tətbiqinin infrastrukturu üzərindən qısa müddət əvvəl başlayan Twitter, 360 dərəcə canlı yayım funksiyasını da istifadəyə verdiyini açıqlayıb.
Şirkətin yazılı açıqlamasında, istifadəçilərin Twitter və Periscope üzərindən 360 dərəcə canlı yayım təşkil edə və izləyə biləcəkləri qeyd olunub.
"LIVE 360" adı ilə təqdim olunan 360 dərəcə canlı yayım xidmətinin populyar istifadəçiləri təqib və xüsusi tədbirləri yaxından izləməkdə yeni bir imkan təqdim etdiyi bildirilib.
Twitter, 360 dərəcəlik videoları izləmək imkanını bütün istifadəçilərə açıb, ancaq yayımlamaq imkanı məhduddur.
Yeni ildən bütün istifadəçilər Twitter və Periscope-dan 360 dərəcə canlı yayım edə biləcəklər.
Mütəxəssislər, çətin bir il keçirən və 2016-da şirkətin yüksək səviyyəli rəhbər və yenilikçi beyin heyətini böyük müqyasda itirən Twitter-in, Youtube və Facebook-un ardından canlı yayım funksiyasını tətbiq edərək istifadəçilərin gözləntilərini qarşılamağa çalışdığını vurğulayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 24 d. əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl