İqtisadçılar Fed-dən sürpriz gözləmir
Moody's Analytics-in baş iqtisadçısı Mark Zandi, ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) sabah başa çatacaq iyul iclasında faiz və ya balans üçün yeni addımlar atılmayacağını bildirib.
"Bazarlar bu il faizin artırılacağını gözləmir. Dekabr toplantısına dair ehtimal 50%-dən aşağıdır. Fed rəsmiləri bu vəziyyətdən məmnun deyil. Bu səbəbdən FOMC bəyanatının bazarların faiz gözləntilərini yenidən canlandırmağa sövq edəcək şəkildə olacağını gözləyirəm", deyib.
Mark Zandi, Fed sədri Janet Yellenin inflyasiyada son dövrlər yaşanan zəifliyin müvəqqəti olduğu fikrinə qatıldığını ifadə edərək, "İnflyasiyada ilin əvvəlindən bəri baş verən ləngimə, hesablama problemləri və bir dəfəlik qiymət dəyişikliklərindən irəli gəldiyi üçün müvəqqəti olacaq. İrəlidə inflyasiyanın bir il ərzində 2%-ə çatacağını və 2 il ərzində 2%-keçəcəyini düşünürəm" şəklində danışıb.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
"High Frequency Economics"in Baş iqtisadçısı Jim O'Sullivan da Fed-in, iyul iclasında faiz artırmayacağını və gözləyəcəyini bildirərək, "Fed-in, faizi növbəti dəfə artırması üçün inflyasiyada zəifliyin müvəqqəti olduğuna dair daha çox dəlil görənə qədər gözləyəcəyini hesab edirəm" deyib.
FOMC-ın iyul ayı iclasının qərar mətni, Fed rəsmilərinin 2 günlük görüşünün ardından sabah Bakı vaxtı ilə 22.00-a yayımlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl