Şirkətlər Qrupu Suraxanıda zavod tikir
Hazırda Zığ-Hövsan-Türkan yolunun, “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun, Yeni Günəşli “AB” yaşayış sahəsində özəl klinikanın tikintisi işləri aparılır.
Bu barədə Suraxanı rayonunun icra hakimiyyətindən bildirilib.
Eyni zamanda, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36, Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız 3 ikimərtəbəli yaşayış binalarının əvəzinə 12 və 14 mərtəbəli, iki girişli, 177 mənzilli yaşayış binası inşa olunur.
Bundan başqa, Yeni Günəşli “D” yaşayış sahəsində 1254 mənzilli 9, Zığ qəsəbəsində 1050 mənzilli 15, Yeni Günəşli “AB” yaşayış sahəsində 340 mənzilli 1, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində 210 mənzilli 3 çoxmərtəbəli yaşayış binalarının inşası davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 31 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl