Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da ehtiyatlar kəskin azaldı, neft bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da ehtiyatlar kəskin azaldı, neft bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da özəl sektorun açıqladığı məlumata görə, neft ehtiyatları kəskin azalıb. Məlumat, "neft bolluğuna" dair narahatlıqları  bir qədər azaldıb və nəticədə də neft qiymətləri yeddi həftənin ən yüksək səviyyəsinə qalxıb.


 
Neft əvvəlki iki seansda 4.6% bahalaşdıqdan sonra 1.4 faizə qədər yüksəlib. 

Reklam_3_11

 

Sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, neft ehtiyatları ötən həftə 10.2 milyon barrel düşüb. Əgər bu azalma Çərşənbə günkü rəsmi ehtiyat göstəricilərində də eyni ölçüdə baş verərsə, Sentyabr ayından bu yana ən kəskin azalma olacaq. Birləşmiş Ərəb Əmirlikləri, OPEC-in hasilatın azaldılması müqaviləsinə riayət edəcəyini və məhdudlaşdırmanı daha da dərinləşdirəcəyini qeyd edib.


 
Neft, artan qlobal təklifin Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatı azaltmalarının  təsirini siləcəyi narahatçılıqları ilə May ayından bu yana bareli 50 dollar səviyyəsindən aşağı idi. ABŞ-da neft ehtiyatları güclü mövsümi tələb dövründə azalmaqda davam edir, ancaq ölkə miqyasında ehtiyatlar hələ də son beş il orta göstəricisindən 100 milyon barrel çoxdur.


 
"Əgər neft qiymətləri 40 dollara düşərsə, bazarda tələb və təklif tarazlığına daha sürətli nail olmaq olar, ancaq qiymət 50 dolların üzərində olsa, təklif yenidən artacaq və bazar yenidən bir müddət çətib vəziyyətində qalacaq",- analitiklər bildirirlər.


 
Bakı vaxtı ilə 08:45-ə olan məlumata görə, Qərbi Texas (WTI) nefti 65 sent yüksələrək bareli 48.54 dollara, Brent nefti 44 sent yüksələrək bareli 50.64 dollara qədər qalxıb.

26.07.2017 06:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ