Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Yollar norma və qaydalara uyğun salınır" - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yollar norma və qaydalara uyğun salınır" - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azəravtoyol" ASC tərəfindən yeni tikilən, yenidən qurulan və bərpa olunan bütün avtomobil yollarında işlər tikinti norma və qaydalarına uyğun olaraq aparılır.

 

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, avtomobil yollarında tikintinin dövlət standartlarına, norma və qaydalarına uyğun olaraq aparılması cəmiyyətin "Azəryolelmitədqiqatlayihə" İnstitutu, həmçinin 2015-ci ildən imzalanmış müqaviləyə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi tərəfindən yoxlanılır.

 

Təcrübə-Sınaq Mərkəzinin Səyyar laboratoriyası yenidən qurulan və tikintisi aparılan bütün avtomobil yollarında asfalt-beton örtüyünün keyfiyyətinin yoxlanılması üzrə sınaq işləri həyata keçirir. Səyyar laboratoriyanın əməkdaşları tərəfindən yerindəcə nümunələr götürülür, sınaqdan keçirilir və sınağın nəticəsi  aktlaşdırılaraq “Azəravtoyol” ASC-yə təqdim edilir.

 

Əgər tərtib edilmiş aktlarda çatışmazlıqlar (mövcud normalardan kənara  çıxma halları) olarsa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi "Azəravtoyol" ASC-nin İstismar idarəsi ilə birlikdə təkliflər hazırlayır və aşkar olunmuş çatışmazlıqlar qısa müddət ərzində həmin təkliflərə əsasən aradan qaldırılır.

26.07.2017 09:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ