Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Rabitəbank”ın vəziyyəti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitəbank”ın vəziyyəti məlum oldu

“Rabitəbank” ASC 2017-ci ilin birinci yarısını 421 min manat xalis mənfəət ilə başa vurub.

 

Halbuki, 2015-ci ilin birinci yarısında Bankın vergidən  əvvəlki mənfəəti 2 milyon 415 min manat, 2016-cı ilin eyni dövründə isə 14 milyon 182 min manat zərər təşkil etmişdi.

 

“Marja” xəbər verir ki, cari lin yanvar-iyun dövründə “Rabitəbank”ın cəmi gəlirləri 19 milyon 925 min manat təşkil edib. Bank ötən ilin anoloji dövründə 20 milyon 193 min manat cəmi gəlir əldə etmişdi.

 

2016-cı ilin birnci yarısı ilə müqayisədə  cari ilin 6 ayında Bankın faiz gəlirləri 15 milyon 584 min manatdan 12 milyon 121 min manata düşsə də, qeyri-faiz gəlirləri  70%-ə yaxın artaraq 4 milyon 609 min manatdan 7 milyon 804 min manata qalxıb.  

 

AKTİVLƏRİ VƏ KAPİTALI ARTIB

 

30 İyun 2017-ci il tarixində “Rabitəbank” ASC 667 milyon 857 min manat cəmi aktivlərə, 581 milyon 778 min manat cəmi öhdəliklərə və 105 milyon 456 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 552 m ilyon 288 min manat cəmi aktivlərə, 506 milyon  677 min manat cəmi öhdəliklərə və 60 milyon 932 min manat cəmi kapitala malik idi.  Bankın aktivlərinin artması likvidliyin artması ilə bağlıdır.

 

Müqayisə olunan dövrdə Bankın kredit portfeli 205 milyon 205 min manatdan  192 milyon 589 min manata, müştərilərin müddətli depozitləri 255 milyon 474 min manatdan 197 milyon 189 min  manata düşüb, müştərilərin cari hesabları isə 148  milyon 782 min manatdan 271 milyon 286 min manata qalxıb.

26.07.2017 12:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ