Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rusiya bazarları sanksiya xəbərinə reaksiya vermədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya bazarları sanksiya xəbərinə reaksiya vermədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Nümayəndələr Palatası tərəfindən təsdiq olunan yeni sanksiyalara baxmayaraq Rusiyada Birja və Rubl dəyər qazanıb.
 


"Marja" xəbər verir ki, ABŞ Nümayəndələr Palatası, Rusiya, İran və Şimali Koreyaya yeni sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə baxmayaraq, Rusiya rublu günün ilk yarısında dollar qarşısında 0,02% dəyər qazanaraq 59,85 səviyyəsinə enib.

Reklam_3_11


 
 Moskva Birjasının İndeksi (MICEX) günün ilk yarısında 0,35 faiz qazancla 1.932  bəndə,  RTS indeksi də  0,6%-lik artımla 1.016 bəndə yüksəlib.


 
Analitiklər, Rusiya bazarlarının reaksiya verməməsinin əsas səbəbi kimi, son dövrlər ABŞ-ın Rusiyaya qarşı sərtləşən mövqeyi ucbatından sanksiya xəbərlərinin bazarlar tərəfindən heyrətamiz olmamasını göstərirlər. Digər tərəfsən, neft qiymətləri yenidən 50 dolların üzərinə çıxıb.


 
Rusiyada Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski, sanksiyalara dair verdiyi bəyanatda ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiqinin, iki ölkə münasibətlərinin yaxşılaşması ehtimalını azaltdığını qeyd edərək, "Sanksiyalar, əlaqələri yaxın gələcəkdə daha da mürəkkəb hala gətirəcək",-ifadəsini işlətmişdi.

26.07.2017 14:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ