Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şirkətlərin qiymətli kağızlar buraxılışı kəskin azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlərin qiymətli kağızlar buraxılışı kəskin azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin birinci yarım ili ərzində  qiymətli kağızların təkrar bazarı 54% artaraq 2,975 milyard manatı ötmüşdür. "Marja" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının yayadığı məlumatda bildirilir.

 

Məlumatda qeyd olunur ki, korporativ qiymətli kağızlar bazarının 64% azalması fonunda, dövlət qiymətli kağızlar bazarı 4,3 dəfə artmışdır. 2017-ci ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar bazarı keçən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 5,230 milyard manat təşkil etmişdir.



Korporativ qiymətli kağızlar


Hesabat dövrü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 83% artaraq 1,047 milyard manat təşkil etməsinə səbəb olmuşdur. Ümumilikdə səhmlərlə ilkin bazarda bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 983 milyon manata çatmışdır.

Dövlət qiymətli kağızları


Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manata olan təzyiqin azaldılması məqsədilə həyata keçirilmiş not buraxılışları dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən etmişdir.


Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 4,3 dəfə artaraq 1,106 milyard manat təşkil etmişdir. Bunun 776 milyon manatını Mərkəzi Bankın notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil etmişdir. Dövr ərzində ümumi məbləği 330 milyon manatdan artıq olan qısa və ortamüddətli dövlət istiqrazları yerləşdirilmişdir. Qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 15,93% təşkil etmişdir. Dövlət istiqrazları ilə təkrar bazar əqdlərinin məbləği 28,9 milyon manat olmuşdur.

Törəmə maliyyə alətləri bazarı


Ümumi məbləği 2,020 milyard manat olan valyuta əsaslı və ümumi dəyəri 188 milyon manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilmişdir. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 2,207 milyard manat olmuş və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 42% artım müşahidə edilmişdir.

Repo və əks-repo əməliyyatları


Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 11,6 milyon manat olmuşdur. Bunun 85%-ini (9,9 milyon manat) dövlət istiqrazları ilə olan 15 repo əməliyyatı təşkil etmişdir. Korporativ istiqrazlarla 1,7 milyon manat məbləğində 2 repo əməliyyatı keçirilmişdir.
Kapital bazarları üzrə 2017-ci ilin ilk yarısına dair ətraflı məlumatlar qiymətli kağızlar bazarının icmal göstəricilərində öz əksini tapıb.

 

Qiymətli kağızlar bazarının rüblük göstəriciləri

26.07.2017 17:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ