Məzunlarının 85%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib - Azərbaycanda
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində 2016/17-cı tədris ili üçün məzun monitorinqi aparılıb.
Monitorinqin nəticələrinə görə, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 85%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib. 81% magistraturaya qəbul olunub, 3% isə hərbi xidmətdədir. Monitorinq zamanı məzunlardan 16%-nin xarici universitetlərdən cavab gözlədiyi də məlum olub. Bu barədə “Marja”ya UNEC-dən bildirilib.
Magistraturaya qəbul olunanlardan 54%-i Azərbaycanda, 46%-i isə xaricdə təhsilinə davam edəcəklər.
Məzunlar təhsillərini London School of Economics and Political Science, University of Bologna, University of Rome Tor Vergata, Corvinus University, Sapienza kimi nüfuzlu universitetlərdə davam etdirirlər.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinq hər il davam etdirilir.
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 42 d. əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 5 saat əvvəl