Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dünyanın ən varlı adamı dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyanın ən varlı adamı dəyişdi

ABŞ-ın elektron ticarət nəhəngi Amazon-un qurucusu Cef Bezos (Jeff Bezos), dünyanın ən varlı adamı oldu.


 
"Marja" xəbər verir ki, Forbes-in "Dünyanın Milyarderləri Siyahısına" görə, 53 yaşlı Bezosun sərvəti Nyu-York Birjasının açılması ilə 90,2 milyard dollara çatıb.

Reklam_3_11


 
Nyu-York Birjasında əməliyyat görən Amazon-un səhminin dəyəri bu gün 1,6 faiz artıb və nəticədə Bezosun xalis aktivləri (sərvəti) dünən ilə müqayisədə 900 milyon dolların üzərində artım qeyd edib.
 


Beləliklə, Bezos, Microsoftun banisi və 90 milyard dollarlıq sərvətə malik olan  61 yaşındakı Bil Qeytsi (Bill Gates) geridə qoyaraq "dünyanın ən varlı adamı" titulunu alıb.


 
Forbes-in siyahısında, İspaniyalı iş adamı və Zara-nın sahibi Amancio Ortega 83,1 milyard dollarlıq sərvətilə üçüncü, Amerikalı sərmayəçi Uorren Buffett  (Warren Buffett) 74,4 milyard dollarlıq sərvətilə dördüncü, Facebook qurucusu Mark Zuckerberg də 72.3 milyard dollarlıq sərvətilə beşinci sırada yer alır.


 
Mütəxəssislər, Amazon-un bu gün açıqlanacaq ikinci rüb balansının müsbət olması vəziyyətində şirkətin səhmlərinin daha da bahalaşa biləcəyini və bunun da Bezosun "dünyanın ən varlı adamı" mövqeyini möhkəmləndirəcəyini vurğulayırlar.

27.07.2017 16:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ