Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neft Fondu büdcə üzrə proqnozu kəsirlə icra edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu büdcə üzrə proqnozu kəsirlə icra edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci il üçün müəyyən edilmiş illik və yarımillik proqnozların icrası səviyyəsi əsas mənbələr kimi Vergilər Nazirliyi, Gömrük Komitəsi və qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə artıqlaması ilə yerinə yetirilmiş, Dövlət Neft Fondu üzrə isə kəsirlə icra olunmuşdur.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin” təhlilində bildirilir.

 

2017-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən edilmiş 7 milyard 510 milyon manat məbləğində illik və 3 milyard 271 milyon 173 min manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 44,6% və 102,5% səviyyəsində icra olunaraq 3 milyard 352 milyon 375,6 min manat, Gömrük Komitəsi üzrə müəyyən edilmiş 2 milyard 200 milyon  manat məbləğində illik və 1 milyard 450 milyon  manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 53,2% və 112,1% səviyyəsində icra olunaraq 1 milyard 171 milyon 211,5 min manat, qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri üzrə müəyyən edilmiş 353 milyon manat məbləğində illik və 139 milyon 592  min manat məbləğində yarımillik proqnozlar isə, müvafiq olaraq 42,0% və 106,2% səviyyəsində icra olunaraq 148 milyon 298,8 min manat məbləğində vəsaitin dövlət büdcəsinə daxil olması təmin edilmişdir.

Eyni zamanda, Dövlət Neft Fondu üzrə müəyyən edilmiş 6 milyard 100 milyon manat məbləğində illik və 3 milyard 500 milyon manat məbləğində yarımillik proqnozlar müvafiq olaraq 49,0% və 98,1% səviyyəsində icra edilərək 2 milyard 991 milyon manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür.

2017-ci ilin altı ayı üzrə dövlət büdcəsi gəlirlərinin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 1 milyard 591 milyon 88,8 min manat və ya 25,9% artmış, ən böyük artım Dövlət Neft Fondu üzrə olmuşdur.

 

2017-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə ümumilikdə 7 milyard 724 milyon 834,1 min manat məbləğində vəsait daxil olmuşdur ki, bu da “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 16 milyard 255 milyon manat məbləğində illik proqnozun 47,5%-nə ,“2017-cı il dövlət büdcəsinin gəlirlərinin, xərclərinin və kəsirinin maliyyələşdirmə mənbələrinin rüblər və aylar üzrə bölgüsü”nə uyğun 7 milyard 551 milyon 761  min manat məbləğində yarımillik proqnozun 102,3%-nə bərabər olmuşdur.2017-ci ilin altı ayı ərzində dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə (31 milyard 310,6 mln. manat) nisbəti 24,7% təşkil etməklə əvvəlki ilin analoji göstəricisini 1,7 faiz bəndi üstələmişdir.

28.07.2017 10:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ