Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Səhmlərində dövlətin payı olan maliyyə təşkilatlarının büdcəyə xeyri cüzidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səhmlərində dövlətin payı olan maliyyə təşkilatlarının büdcəyə xeyri cüzidir

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalardan ibarətdir.

 

Reklam_3_11

”Marja” Hesablama Palatasına istinadən xəbər verir ki, bu mənbə üzrə daxilolmalar 2017-ci il dövlət büdcəsində 5 milyon 950 min manat təsdiq olunmuşdur ki, bundan 150 min manat "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı, 4 milyon 118,0 min manat “Azər-Türk Bank” ASC, 1 milyon 682,0 min manat “Azərlotereya” ASC üzrə alınan dividendlər üzrə nəzərdə tutulmuşdur.

 

Bu mənbə üzrə daxilolmalar 2017- ci ilin 6 ayında icra 500 min manat, yəni illik proqnozun 8,4%-i həcmində təşkil etmişdir ki, həmin məbləğ 2016-cı ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi nəticəsində “Azərlotereya” ASC -dən daxil olmuş, bu da 2016-cı ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə eynidir. Digər təşkilatlar tərfindən dividendlər üzrə ödənişlər həyata keçirilməmişdir.

28.07.2017 10:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ