Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıda "Blockchain" görüşü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda "Blockchain" görüşü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azercell Telekom MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin ən uğurlu startaplarından biri olan – Technote Media son ayların geniş müzakirə mövzusu doğuran Blockchain ilə bağlı görüş təşkil edib. 

 

Qeyd edək ki, Blockchain texnologiyası ilə təşəbbüskarlar startaplarını ICO-ya çıxarır və kriptovalyutalar vasitəsilə iri həcmli maliyyə resursları cəlb edir.


Bu mövzu "Orxan Əhməd"in moderatorluğu ilə müzakirə olunub. Görüşdə həmçinin Blockchain texnologiyasından startaplar necə faydalanır?,Qlobal startaplar milyonlarla dollar vəsaiti ICO vasitəsilə necə cəlb edir?, Birjalarda kriptovalyutaların qiymətinin sürətli şəkildə enməsinin ICO edən startaplara təsiri, Blockchain və kriptovalyuta alqı-satqısının fərqləri və Blockchain Texnologiyası, Etherium və Bitcoin kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. 


Tədbirdə Blockchain sahəsi ilə maraqlanan və məşğul olan şəxslər və startaplar iştirak edib.


Sahibkarlığa dəstək vermək məqsədilə yaradılan və əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri, yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edən Barama Innovasiya və Sahibkarlıq Mərkəzi müasir günümüzdə Blockchain sahəsinin aktuallığını nəzərə alaraq yeni tədbirlər təşkil etməyi planlaşdırır.

28.07.2017 12:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ