Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ən böyük iqtisadiyyatın inkişafı barədə rəqəm açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən böyük iqtisadiyyatın inkişafı barədə rəqəm açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da istehlakçı və kapital avadanlığı xərclərindəki artım ikinci rübdə iqtisadi inkişafı sürətləndirib. Ticarət Nazirliyinin məlumatlarına görə, ABŞ iqtisadiyyatı ilin 2-ci rübündə 2.6% artıb.


 
 "Marja" xəbər verir ki, gözlənti 2.7% idi.

Reklam_3_11


 
1-ci rüb Ümumi Daxili Məhsul göstəricisi isə 1.4%-dən 1.2%-ə dəyişdirilib.

 

İqtisadiyyatın ən böyük hissəsini təşkil edən istehlakçı xərcləri 1.9%-dən 2.8%-ə yüksəlib. Gözlənti də 2.8% idi. 2-ci rübdə məşğulluq dəyər indeksi 0.5% artıb, gözlənti 0.6% idi.

 

Baza PCE 0.9% ilə 2010-ci ildən bəri ən aşağı artımı qeyd edib ki, gözlənti 0.7% idi.

 

Müəssisələrin investisiyaları 8.2% ilə təxminən 2 ilin yüksək səviyyəsinə çıxıb. Bu vəziyyət şirkətlərin tələb məsələsində nikbin olduğuna işarə edib.

 

Bugünkü məlumat, 2017-nin əvvəlində baş verən səngimənin müvəqqəti olduğunu və ilin ilk yarısında iqtisadiyyatın təxminən 1.9% böyüdüyünü göstərir. Bu rəqəmlər Fed-ə faiz artırmaqda cəsarət verə bilər.

28.07.2017 14:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ