Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan 363 kiloqram qızıl aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan 363 kiloqram qızıl aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan - 11655,2 troy unsiya (362,6 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri 27 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilmişdir.

 

Reklam_3_11

Bu barədə “Marja”ya Maliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

 

Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan -49158,6 troy unsiya (1529,1 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilmişdir.

 

Ümumilikdə, bu günkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 60813,8 troy unsiyaya (1891,7 kiloqrama) çatdırılmışdır. Onun bu günə bazar dəyəri 77,1 milyon ABŞ dolları təşkil edir.

 

Qeyd edək ki, bu dəqiqələrdə qızılın unsiyasının (31,1 qram) qiyməti 1268 dollardır. 

28.07.2017 17:11

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ