"Jalə" şirkətinin yük maşını aşıb - 20 minlik ziyan
Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Astara magistralının Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran rayon sakini Abbas Nurullayevin idarə etdiyi "Jalə" şirkətinə məxsus qoşqulu yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Sürücünün verdiyi məlumata görə, yük yerində ümumi dəyəri 20 min manat olan boş şüşə qablar sınaraq yararsız hala düşüb.
Qəzaya avtomobilin təkərinin partlaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl