Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Uber" Azərbaycan hökumətilə dialoq aparmaq istəyir - erməni əsilli rəhbəri ilə bağlı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Uber" Azərbaycan hökumətilə dialoq aparmaq istəyir -  erməni əsilli rəhbəri ilə bağlı

"Uber" Azərbaycanda sürətli artım nümayiş etdirir. İnanırıq ki, bu tərəfdaşlıq regionda biznesin gələcək sabit inkişafının təmin olunmasına yardım edəcək. Bu da istifadəçilər, sürücülər və meqapolisin maraqlarına uyğundur. Biz şəhərin infrastrukturunun səmərəli inkişafına gələcəkdə də kömək etmək üçün Azərbaycan hökuməti ilə konstruktiv dialoq aparmağın tərəfdarıyıq".


Bunu "Uber"dən şirkətin rəhbərliyinə erməni əsilli şəxsin gətirilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyiblər. 

Reklam_3_11


Qeyd edək ki, "Yandeks" və "Uber"in taksi xidmətlərinin birləşdiriləcəyi və fəaliyyəti Azərbaycan da daxil olmaqla bir neçə MDB ölkəsini əhatə edəcək yeni qurumun rəhbərliyinə erməni əsilli Tiqran Xudaverdiyanın gətiriləcəyi bildirilir. 


Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, Azərbaycanın bütün vətəndaşları və təşkilatları üçün ən vacib olan ölkənin siyasi maraqlarıdır:

 

"Bu səbəbdən iki taksi şirkətinin birləşdirilməsindən sonra, yeni yaranacaq şirkətə Ermənistan vətəndaşı və yaxud erməni əsilli şəxs rəhbərlik edəcəksə, sürücülərə bu şirkətlərlə işləmək icazəsi verən xüsusi nişanların verilməsi dayandırılacaq və onlara çağırış ediləcək ki, həmin qurumla əlaqələri kəssinlər". 

 

© Report

31.07.2017 11:37

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ