Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Pulsuz göz müayinələri davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pulsuz göz müayinələri davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

 

Reklam_3_11

Azercell Telekom-un dəstəyi ilə fəaliyyət göstərən Mobil göz klinikasında yanvar-iyun ayları ərzində 700-dən çox ehtiyacı olan xəstələr müayinədən keçib, bunun 500-ə yaxını böyük, 200-dən çoxu isə uşaqdır.

 

Yanvar ayları ərzində klinikanın həkimləri Kürdəmir rayonunda məskunlaşan 36 məcburi köçkün və qaçqınlara yardım göstəriblər. Müayinələr nəticəsində eynək reseptləri yazılıb, müalicələr təyin edilib. Eyni zamanda Əmircan qəsəbəsi 13 saylı və Hövsan qəsəbəsi 23 saylı poliklinikada 58 nəfər müayinə olunub. Sabunçu rayonu Sosial Müdafiə Fondunun dəstəyi ilə isə 42 nəfər müayinədən yararlanıb.

 

Fevral ayında həkimlər Bilgəh və Şağan qəsəbəsində ümumilikdə 78 nəfəri müayinə ediblər. Bilgəh qəsəbəsi 11 saylı internat məktəbində 42, Şağan qəsəbəsi Əlilliyi olanlar üçün müalicəvi pansionatda 36, Nərimanov rayonu "Qızıl Aypara" cəmiyyətində isə 32 nəfər müayinəyə cəlb olunub.

 

Yaz aylarında da klinikanın həkimləri yüksək və aktiv fəaliyyətləri ilə seçilib. Mart ayında həkimlər Nərimanov rayonundakı Rus icmasına, Gəncə Şəhərində SOS Uşaq Kəndindəki uşaqlara və Lökbatan qəsəbəsində məskunlaşan qaçqınlara xidmət göstəriblər.

 

Aprel və may aylarında Mobil göz klinikasının həkimləri Pirşağı qəsəbəsi 10 saylı internat evində 29, İcra Hakimiyyətinin dəstəyi ilə Pirallahı qəsəbəsində yaşayan 30 imkansız şəxsə, Yasamal və Nizami rayonunda 84, Xaçmaz rayonu Gödəkli kəndi tam Orta məktəbinin 35 şagirdinə xidmət göstəriblər. İyun ayında isə klinikanın həkimləri Bakının Yasamal və Dərnəgül rayonlarında məskunlaşan 43 məcburi köçkün və qaçqını, eyni zamanda 20-ci sahə “Qızıl Aypara “Cəmiyyətində 25 nəfəri müayinə və müalicə ediblər. İyun ayında Mobil göz klinikası Xaçmaz rayonunda məskunlaşan 28 nəfər məcburi köçkünə də yardım ediblər.

 

Azercell-in dəstəyi və “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi ilə fəaliyyət göstərdiyi 4 il ərzində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Bakı ilə yanaşı klinikanın həkimləri ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

31.07.2017 13:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ