“Nokia 8”in qiyməti açıqlanıb
Rəsmən təqdim edilməyən qabaqcıl “Nokia 8” smartfonunun Avropa üçün qiyməti açıqlanıb.
“Ferra” resursu xəbər verir ki, “Vodafone” operatorunun məlumatına görə, smartfonun qiyməti 517,42 avro təşkil edəcək ki, bu da gözlənilən 600 avrodan azdır.
Bundan əvvəl yayılan məlumatlara görə, “Nokia 8” modeli “Quad HD” (2560 x 1440 piksel ) təsvir ölçülü 5,3 düym diaqonallı ekran, “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabayt operativ və 64 giqabayt tutumlu quraşdırılmış yaddaş, 13 meqapikselli qoşa əsas “Carl Zeiss” kamerası ilə təchiz ediləcək. “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon mavi, polad rəngli, qızılı-mavi və qızılı-mis rənglərində buraxılacaq.
Qurğunun rəsmi təqdimatı avqustun 16-da Londonda keçiriləcək tədbirdə gözlənilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl