ABŞ-da ehtiyatların azalacağı proqnozu ilə neft bahalaşır
Neft qiymətləri, ABŞ-da xam neft ehtiyatlarının düşməyə davam edəcəyinin gözlənməsilə yüksəlir.
Neft qiymətləri Nyu-Yorkda, əvvəlki altı seansda 9.6 faiz artdıqdan sonra 0.4 faiz qalxıb.
"Marja" xəbər verir ki, ABŞ-da Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqlayacağı göstəricinin, neft ehtiyatlarının ötən həftə 3.3 mlyon barrel azalaraq ardıcıl 5-ci həftə geriləyəcəyini göstərməsi gözlənilir. Ehtiyatlar İyun ayının sonundan bu yana 26 milyon barrel düşüb.
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının bazara yenidən sabitləşdirmək və qlobal ehtiyatları azaltmağa yönəlmiş səylərinə dair nikbinliyin artması ilə neft qiymətləri May ayından bu yana yenidən 50 dolların üzərinə çıxıb.
ABŞ-ın OPEC-dən neft idxalı May ayında əvvəlki ayla müqayisədə 2.6 faiz düşüb və qrupdan neft alışı Səudiyyə Ərəbistanının hasilatı azaltması ilə daha da düşə bilər. Nəticədə ABŞ-dakı ehtiyatlar daha da "əriyəcəkdir".
Risk, qiymətlər daha da artan zaman ABŞ-da şist nefti istehsalçılarının hasilatı artırmalarıdır. Bu bazar üçün "açar" faktor halına gəlir.
Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 19 sent bahalaşaraq bareli 50.36 dolları, Brent nefti, Londonda ICE Futures Europe birjasında 16 sent yüksələrək bareli 52.88 dolları görüb.
Neftin bahalşamasının digər bir səbəbi Dolların ucuzlaşmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 13 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
16 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
16 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
17 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır