Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Avro bölgəsi iqtisadiyyatı 2-ci rübdə 0.6% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro bölgəsi iqtisadiyyatı 2-ci rübdə 0.6% artıb

 Avro Bölgəsi, bu ilin ikinci rübündə əvvəlki rübə nisbətən 0,6 faiz artıb.
 

 Avropa Statistika Ofisinin (Eurostat) ilk proqnoz məlumatlarına görə, 19 üzvlü Avro Bölgəsində mövsümi amilər xaric Ümumi Daxili Məhsul (ÜDM) bu ilin ikinci rübündə birinci rübə nisbətən 0,6 faiz yüksəlib. Ötən ilin müvafiq rübünə nisbətən isə Avro Zonasında Ümumi Daxili Məhsul artımı 2,1 faiz olaraq ölçülüb.

Reklam_3_11


 
Beləliklə iqtisadi artım bazar gözləntiləri istiqamətində baş verib.


 
 Həmçinin açıqlanan göstəricilər, 28 üzvlü Avropa Birliyində (Aİ) ÜDM-in ikinci rübdə ilk rübə nisbətən 0,6 faiz və 2016-nın ikinci rübünə nisbətən də 2,2 faiz artdığını ortaya qoyub.
 


2-ci rüb ÜDM göstəricisinə dair ətraflı məlumatların 16 Avqustda yayımlanması gözlənilir.

 

İqtisadi inamın artmasının, işsizliyin azalmasının, emalın və iqtisadiyyatın sürətlənməsinin inflyasiyanı artıracağı gözlənilir. Son statistik rəqəmlər Avropa Mərkəzi Bankının da inflyasiyanın gec-tez artmağa başlayacağına dair gözləntilərini dəstəkləyir. Bank payızda pul siyasətini normallaşdırmağı müzakirə edəcək. Yumuşaq pul siyasəti, şirkət və istehlakçıların maliyyə xərclərinin azalmasına yardım edərək tələbi canlandırıb.

01.08.2017 12:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ