Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Məzənnənin sabitliyi de-dollarizasiya tendensiyası yaradır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Məzənnənin sabitliyi de-dollarizasiya tendensiyası yaradır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda manatın məznnəsinin sabitliyi de-dollarizasiya tendensiyası yaradır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.

 

Reklam_3_11

“Hazırki xarici və daxili makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin sabitliyi dayanıqlıdır. Manatın sabitliyi de-dollarizasiya trendi yaradır”, - bankın məlumatında qeyd olunur.

 

AMB vurğulayır ki, xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin sabitliyini təmin edir.

 

“Bu ilin birinci yarısındaneftin orta dünya qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və idxalın azalması trendlərinin təsiri altında xarici sektor göstəricilərinin yaxşılaşması davam edib”, - məlumatda qeyd olunur.

 

Bank bildirir ki, yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 36,5%, o cümlədən qeyri-neft ixracı 27,9% artıb, idxal isə 15,7% azalıb. Xarici ticarət balansının profisiti 1,9 mlrd. ABŞ dolları təşkil edib, ölkənin strateji valyuta ehtiyatları artıb.

02.08.2017 05:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ