Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"ABŞ Rusiyaya qarşı geniş ticarət müharibəsinə başladı"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"ABŞ Rusiyaya qarşı geniş ticarət müharibəsinə başladı"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın Baş naziri Dimitriy Medvedev, Rusiyaya tətbiq edilən yeni sanksiyalar səbəbilə ABŞ ilə münasibətlərin yaxşılaşma ehtimalının artıq qalmadığını bildirərək, "ABŞ, bu sanksiya həmləsilə Rusiyaya qarşı tam əhatəli bir ticarət müharibəsi başladı"deyib.


 

Medvedev,  Facebook-dan etdiyi açıqlamada, ABŞ Konqresinin, Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiya layihəsinin ABŞ Prezidenti Donald Trump tərəfindən imzalanaraq qüvvəyə minməsini qiymətləndirib.


 
 "Trump hökuməti böyük bir acizlik göstərdi"

 

Layihənin qüvvəyə minməsilə ABŞ və Rusiya arasındakı münasibətlərin yaxşılaşma ehtimalının artıq qalmadığını vurğulayan Medvedev,"Trump rəhbərliyi də böyük bir acizlik göstərərək bütün icra gücünü Konqresə təhvil verib",-  ifadələrini istifadə edib.


 
 ABŞ-ın Rusiyaya qarşı tam əhatəli bir ticarət müharibəsi başladığına işarə edən Medvedev, Rusiyanın yeni sanksiyaların öhdəsindən müvəffəqiyyətlə gələcəyini deyib.
 

 Trump, ABŞ Konqresinin Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiya layihəsini imzalayıb. Qanuna görə, Trumpın Rusiyaya tətbiq etdiyi sanksiyaları ləğv etmək, ya da dəyişdirmək üçün Konqresin razılığı  lazım olacaq.

03.08.2017 05:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ