Dollar indeksi 15 aylıq minimumu yeniləyib
Dollar mühüm valyutalar qarşısında ucuzlaşmaqda davam edir.
ABŞ dollarının indeksi 15 aylıq minimumu yeniləyib. Cərşənbə günü 2016-cı ilin may ayından etibarən dolların indeksi ən aşağı səviyyəyə - 92,39-a enib.
İyul ayında dolların indeksi təxminən 3% aşağı düşüb ki, bu da dolların məzənnəsinin 5 ay ardıcıl azalması deməkdir. Qeyd edək ki, bu, 2011-ci ildən bəri ən uzun müddətli azalma hesab olunur.
Yeri gəlmişkən, cari ilin ilk yeddi ayı ərzində dollar təxminən 9% ucuzlaşıb. Sonuncu dəfə 1985-ci ilin yanvar-iyul ayında dolların məzənnəsi bu qədər zəifləyib. Həmin dövrdə dollar 12,5% dəyər itirib.
Qeyd edək ki, ABŞ-da siyasi vəziyyət, inflyasiya tempinin gözlənilən səviyyədə olmaması, o cümlədən Federal Ehtiyatlar Sisteminin uçot dərəcələrini artırması ehtimallarının zəifləməsi dolların məzənnəsinin aşağı düşməsinə səbəb olub.
Bakı vaxtı ilə saat 19:00-a olan məlumata görə, Dollar Avro qarşısında 0,2% ucuzlaşıb və Avro/dollar məzənnəsi 1.1881 səviyyəsini görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
26 d. əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 42 d. əvvəl
-
1 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 2 saat əvvəl
- 2 saat əvvəl