Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Gürcüstanda istirahət edən azərbaycanlıların sayı 14% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstanda istirahət edən azərbaycanlıların sayı 14% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin iyul ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayında böyük artım müşahidə edilib. 


Gürcüstan mətbuatının verdiyi məlumata görə, ötən ay Gürcüstana turist kimi getmiş Azərbaycan vətəndaşlarının sayı ötən ilin iyul ayı ilə müqayisədə 13,8% çox olub. 

 

Gürcüstana Rusiyadan gələnlərin sayında artım 60,4%, Ermənistandan gələnlərin sayında 25,4%, Türkiyədən gələnlərin sayında 0,6%, İrandan gələnlərin sayında isə 85,8% təşkil edib.

 

Ümumilikdə, iyul ayında Gürcüstan 982 487 xarici turist qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% çoxdur. 

 

Ümumilikdə isə 7 ay ərzində Gürcüstan 1 il əvvələ nisbətən 16,8% çox - 3 978 657 xarici vətəndaş qəbul edib. Bunun isə 1 829 331-ni (illik müqayisədə 30,2% çox) turistlər təşkil edib.


Bu ilin ilk rübündə Gürcüstanın beynəlxalq turizmdən gəliri 434,6 mln. dollar təşkil edib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 82 mln. dollar çoxdur.

 

© Report

04.08.2017 08:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ