DSMF 2 milyard pul yığıb
Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz və ya 167,4 milyon manat artaraq 2 milyard 7 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,7 faiz artaraq 1 milyard 183,2 milyon manat təşkil edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, daxilolmaların 63,9 faizi və ya 755,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb.
Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz və ya 75,9 milyon manat çoxdur və beləliklə də proqnoz 105 faiz icra olunub.
Cari ilin iyul ayı üzrə qeyri-büdcə proqnozunun icrası isə 107,6 faiz təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafik əsasında vaxtında maliyyələşdirilməsinə imkan verib.
1 milyon 325 min nəfərə ayda ortalama 202 manat ödənilir
Qeyd edək ki, ölkəmizdə əmək pensiyaçılarının sayı carı il iyulun 1-nə 1 milyon 325 min nəfər təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alır.
Pensiya təminatında artım dinamikasının davamı olaraq, cari ilin iyulun 1-nə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4 faiz artaraq 224 manata çatıb.
Sığorta-pensiya sisteminin mühüm elementi olan fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da getdikcə artır. Sistemdə qeydiyyatda olanların sayı cari ilin əvvəlinə nisbətən 6,6 faiz faiz artaraq 2017-ci il avqustun 1-nə 3 milyon 512 min 269 nəfərə catıb.
Bu il aprelin 1-dən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması sığortaedənlər tərəfindən hesabatların təqdim edilməsi prosesinin sadələşdirilməsinə, hesabatların sayının azaldılmasına, nəticə etibarilə sosial sığorta sahəsində iş mexanizminin daha da təkmilləşməsinə imkan verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 56 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 2 saat əvvəl