Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu bank insanları həvəsləndirdi, kartlarının sayı 50% artdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bank insanları həvəsləndirdi, kartlarının sayı 50% artdı

Azər Türk Bankın mətbuat xidmətindən verilən məlumata görə, cari ilin altı ayı ərzində müştərilər Bankın plastik kartları vasitəsilə 402 184 əməliyyat həyata keçirmişlər. Kartla əməliyyatların dövriyyəsi 68,4 milyon manat olmuşdur. Bu göstəricilər, 2016-cı ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36% və 24% çoxdur.

 

"Bankın son aylarda həyata keçirdiyi, o cümlədən Azər Türk Bankın 22 illiyi münasibətilə həvəsləndirici güzəşt kampaniyaları bankın kart müştərilərinin sayının artmasına rəvac vermişdir",- məlumatda deyilir.

 

Qeyd olunur ki, hazırda dövriyyədə Banka məxsus 36 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin altı ayının nəticələrinə nisbətən 50 faiz çoxdur.

 

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

07.08.2017 08:33

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ