Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

100 milyon manatlıq hərrac elan edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
100 milyon manatlıq hərrac elan edildi

2017-ci ilin 09 avqust tarixində Bakı Fond Birjasında (BFB)Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.  

 

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

 

Notların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si

50100259S

Hərraca çıxarılan həcm

100 000 000 AZN

Bir notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28 gün 

Ödəmə tarixi

 

06.09.2017

 

AMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada  BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

 

Edilmiş dəyişikliyə əsasən, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi 2-dən sayı  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

 

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

 

Mərkəzi Bank depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlarını izafi pul təklifinin sterilizasiyası məqsədilə aparılır. Sterilizasiya Əməliyyatı artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır. qtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizləməsinə sterilizasiya prosesi deyilir. Açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%- 15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. 2017-ci ilin 1-ci yarısında depozit əməliyyatları ilə vəsaitlər 10%- 14.8%-lə cəlb edilmiş, notlar isə 12.01%-14.99%-lə yerləşdirilmişdir.

 

 

 

07.08.2017 14:55

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ