Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qlobal bazarlar Fed protokollarına fokuslandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlar Fed protokollarına fokuslandı

Ümumiyyətlə müsbət məcrada gedən qlobal bazarlar, bu gün açıqlanacaq ABŞ Mərkəzi Bankı (Fed) Açıq Bazar Komitəsinin 13-14 (FOMC) Dekabr 2016-ci il tarixli iclas protokollarına fokuslanıb. Protokollar Fed-in 2017-ci ildə faiz artırmasına dair geniş məlumat verə bilər.

 

 ABŞ-da bazar ertəsi gününün də rəsmi tətil olmasından sonra dünən ilin ilk iş gününü keçirən bazarlar müsbət səviyyədə qaldı. Dünən açıqlanan İSM emal sənaye indeksinin 54,7 ilə gözləntilərin olduqca üzərində gəlməsinin ardından Dou Cons indeksi 0,60 faiz, S&P 500 və Nasdaq indeksləri 0,85 faiz dəyər qazanıb.

 

 Avropa tərəfində, dünən Almaniyada açıqlanan inflyasiya göstəricisinin illik 1,7 faiz artımla gözləntiləri keçməsinə baxmayaraq avro/dolar məzənnəsi  1,0341 ilə 2003-cü ildən bu yana ən aşağı səviyyəsini gördü. Məzənnə, analitiklərin dəstək kimi səciyyələndirdiyi bu səviyyədən gələn reaksiya alışları ilə 1,04-ün dərhal üzərində tarazlandı. Dünən Almaniyada DAX indeksi 0,12 faiz dəyər itirərkən, Britaniyada FTSE 100 indeksi 0,49% və Fransada CAC 40 indeksi 0,35 faiz yüksəliş qeyd edib.

 

Dünən 58,4 dollar ilə təxminən 18 ayın zirvəsini görən Brent neftinin qiyməti, bu səviyyələrdə təsirini artıran satışlarla sərt bir şəkildə süquta keçib və bu gün Asiya bazarlarında 55-56 dollar aralığında qalıb.

 

Yaponiyada Baş Nazir Shinzo Abenin iqtisadiyyata üstünlük verməyə davam edəcəyini, erkən seçki düşünmədiklərini söyləməsi və açıqlanan emal sənaye göstəricilərinin gözləntiləri aşmasından sonra Nikkey 225 indeksi sürətli bir şəkildə yüksəlib və yekuna yaxın 2,5 faiz dəyər qazanıb. Çində Şanxay birləşmiş  indeksi isə 0,5 faiz artım qeyd edib.

 

Bu gün  qlobal bazarlarda Avropada açıqlanacaq xidmət sektoru Satınalma Menecerləri İndeksi (PMI) göstəriciləri, ABŞ-da isə Fed Açıq Bazar Komitəsinin 13-14 (FOMC) Dekabr 2016-ci il tarixli iclas protokolları  təqib ediləcəkdir.

 

Bazarlarda bu gün təqib edəcəyi göstəricilər:


 13.55 Almaniya, dekabr ay xidmət sektoru PMI
 14.00 Avro Bölgəsi dekabr ay xidmət sektoru PMI
 15.00 Avro Bölgəsi, dekabr ayı inflyasiya
 00:00 ABŞ, FOMC dekabr ayı iclas protokolları

 

QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >

04.01.2017 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ