Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

6 ayda 32 milyon dollar valyuta gətirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
6 ayda 32 milyon dollar valyuta gətirdi

2017-ci ilin I yarısında Azərbaycandan 32,3 mln. dollar dəyərində fındıq ixrac olunub. Bu barədə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasından məlumat verilib.

 

“Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Bu ilin 1-ci yarımili ərzində isə 32,3 mln. dollar dəyərində fındıq ixrac edilib. İlin sonunadək fındıq ixracında artım gözləyirik”, - deyə assosiasiyadan  bildirilib.

 

Bundan əlavə,assosiasiya İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq əlaqələri yaradaraq ixrac təşviqinin ödənilməsi mexanizminə qablaşdırılmamış fındıq ləpəsinin də əlavə olunması üçün birgə işlər aparır.

 

“Biz “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş istifadə edirik. İxrac coğrafiyasının genişləndirilməsi məqsədilə Rusiyanın Moskva şəhərində “WorldFood-2017” və Almaniyanın Köln şəhərində “Anuga-2017” sərgilərində iştirak edəcəyik. “Qarşımızda duran əsas hədəflərdən başlıcası istehsal olunan məhsulun keyfiyyətinin davamlı surətdə yüksəldilməsi, rəqabətqabiliyyətliliyin qorunub saxlanılması, məhsuldarlığın artırılması və ixracın genişləndirilməsidir”, - deyə məlumatda qeyd edilir.

 

Respublikanın 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağlarının salınması nəzərdə tutulur. 2016-2017-ci illərdə 16.3 min hektar fındıq bağları salınıb, 2017-2018-ci illərdə daha 10 min hektar salınacaq.

 

Fındıqçılığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən biri də yeni fındıq bağlarının salınması, tədarükü, emalı və ixracı layihələrinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlətin güzəştli kreditlərinin verilməsidir.

 

“Bu məqsədlə 50-dən çox sahibkara 10.6 mln. manat, o cümlədən 2017-ci ilin ötən dövrü ərzində fındığın tədarükü, emalı və ixracyönümlü layihəyə 600 min manat güzəştli kredit verilib”, - deyə məlumatda vurğulanır.

 

© “İnterfaks-Azərbaycan”  

08.08.2017 08:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ