Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Burada boş yer olmur”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Burada boş yer olmur”

Naftalanda beynəlxalq səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri - “Çinar”, “Qaşaltı”, “Qarabağ” kimi dünya standartlarına cavab verən mərkəzlər fəaliyyətə başlamışdır. Artıq nəinki isti yay aylarında, hətta qış fəslində də Naftalan  turistlərin diqqətini cəlb edir. Məhz bunun nəticəsidir ki, keçən il burada dincələn və müalicə olunan turistlərin sayı 35 min nəfərə çatmışdır ki, onun da 40 faizə qədərini 52 ölkədən olan xarici vətəndaşlar təşkil etmişdir.

 

“Qaşaltı” sağlamlıq mərkəzinin baş həkimi Şahin Babayev bildirib ki, bu sağlamlıq mərkəzi 350 yerlikdir və demək olar ki, ilin bütün fəsillərində burada boş yer olmur:

 

“Bu da ondan irəli gəlir ki, etdiyimiz müalicələr effektli olur. Bir gələn bir də gəlir. Hazırda mərkəzdə 70-dən artıq xəstəliyin müalicəsi aparılır. Xəstələri ən müasir tibb avadanlıqları ilə müayinə edir, müalicə aparırıq”.

 

Müalicə kursu keçən Rusiya Federasiyasının Krasnoyarsk şəhərindən gəlmiş Sergey Mosetsev dedi ki,” ikinci ildir burada müalicə alıram. Çox böyük nəticələr görürəm. Keçən il 10 naftalan vannası qəbul etmişdimsə, bu il həkimlər 5-ni məsləhət gördülər. Xidmətdən də çox razıyam”.

 

Qazaxıstanlı Vladimir İqzotov həyat yoldaşı Tatyana ilə birlikdə gəlmişdi. O dedi ki,” Azərbaycanda belə bir yerin olduğunu turizm bürosundan öyrəndim. İndi görürəm ki, bura gəlməkdə yanılmamışıq. Özümüzü çox gümrah hiss edirik. Müalicə ilə yanaşı, yaxşı dincəlirik. Bunun üçün şəhərdə hər cür şərait yaradılıb. Axşamlar Azərbaycanın incəsənət ustalarının konsertlərini dinləyirik. Hərdən ətraf bölgələrə ekskursiyalar da təşkil edilir”.

09.08.2017 07:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ