Gündəlik 3 min 100 avro pensiya alacaq
Almaniyanın avtomobil istehsalçısı Volkswagenin (VW) istefa vermiş keçmiş icraçı direktoru Martin Winterkorn-un gündəlik təxminən 3 min 100 avro pensiya alacağı irəli sürülüb.
"Marja" xəbər verir ki, Almaniya mətbuatında yer alan xəbərlərdə, emissiya qalmaqalının ardından istefa verən 69 yaşlı Winterkornun VW ilə müqaviləsinin 2016-cı ildə sona çatdığı və illik təxminən 1,2 milyon avro pensiya alacağı bildirilib.
Həmin xəbərlərdə Winterkornun alacağı pensiyanın gündəlik 3 min 100 avroya təşkil edəcəyi qeyd edilib.
Bunun Almaniya tarixində ən yüksək əmək pensiyalarından biri olduğu bildirilən xəbərlərdə, VW-nin həmçinin keçmiş CEO-nun xidmətinə ömür boyu istifadə üçün bir avtomobil verəcəyi və Winterkorna 1,7 milyon avro bonus ödəyəcəyi qeyd edilir.
Digər tərəfdən, məsələyə dair VW-dən hələ ki, rəsmi bir açıqlama edilməyib.
Dizel qalmaqalının keçmişi
2015-ci ilin sentyabrında ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi, VW-nin emissiya testlərini manipulyasiya etdiyini və şirkətin dizel avtomobillərinin normal səviyyədən 40 dəfə çox ətraf mühiti çirkləndirdiyini açıqlamışdı.
Bundan sonra VW, dünya üzrə təxminən 11 milyon dizel mühərrikli avtomobildə emissiya sınaqlarında aldadıcı proqram istifadə edildiyini qəbul etmiş və Martin Winterkorn istefa etmişdi. İstefaya baxmayaraq Winterkornun müqaviləsinin 2016-ci ilin sonuna qədər davam edəcəyi öyrənilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl