Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nəhəng ticarət mərkəzi tikilir, 10 min iş yeri açılacaq - Azərbaycanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng ticarət mərkəzi tikilir, 10 min iş yeri açılacaq - Azərbaycanda
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gəncədə 25 hektar ərazini əhatə edən, ölkəmizdə ən böyük ticarət mərkəzlərindən biri olan “Grand Qafqaz” Ticarət Kompleksinin tikintisi tamamlanmaq üzrədir.

 

Reklam_3_11

Ticarət kompleksi 30 ikimərtəbəli, 58 birmərtəbəli binadan ibarət olacaq və burada 4 mindən çox mağaza fəaliyyət göstərəcək.

 

Bazarda 10 min nəfərin işlə təmin olunması nəzərdə tutulub. Nəhəng ticarət kompleksində bostan bitkiləri, meyvə-tərəvəz, ət və süd məhsulları, eləcə də un məmulatları üçün ayrı-ayrı sektorlar olacaq. Burada balıqlar üçün böyük akvariumlar qurulacaq. Balıq məhsulları isə iri soyuducu anbarlarda saxlanılacaq.

 

Ticarət kompleksində həm kənd təsərrüfatı məhsullarının, həm də sənaye mallarının topdan və pərakəndə satışı təşkil olunacaq. Piştaxtalarda satışa çıxarılan məhsullar təyinatı üzrə ayrılan bölmələrdə müştərilərə təklif ediləcək. Burada, həmçinin insanların rahatlığı üçün hər cür şəraitə malik otel, restoran, kafe, əyləncə mərkəzi, kinoteatr, bank və sair fəaliyyət göstərəcək.

 

Hazırda tikintisi davam etdirilən bazarda 200 nəfərə yaxın işçi qüvvəsi çalışır. Tikintidə Gəncə üçün xarakterik olan bişmiş qırmızı kərpicdən istifadə edilir.

 

© Azərtac

09.08.2017 14:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ