Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatları kəskin azaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları kəskin azaldı

ABŞ-da kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə 6,5 milyon barrel azalıb. Bu, proqnozdan xeyli çoxdur.
 


ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya neft ehtiyatlarının 4 Avqust ilə bitən həftədə 6,5 milyon barel (1,3 faiz) azalaraq 475,4 milyon barelə gerilədiyini açıqlayıb.

Reklam_3_11


 
Bir əvvəlki həftədə 1,5 milyon barel geriləyən ehtiyatların 2,7 milyon barrel azalması gözlənilirdi. 

 

ABŞ-ın kommersiya xam neft ehtiyatları, bu nəticə ilə son 18 həftənin 15-ində geriləmişdir.


 
Komersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə dəyişməyərək 678,9 milyon barrel səviyyəsində sabit qalıb.


 
Benzin ehtiyatları da geriləyib


 
ABŞ-ın həftəlik benzin ehtiyatları da 4 Avqust həftəsində 3,4 milyon barrel (1,5 faiz) azalaraq 231,7 milyon barrelə enib. Bazar gözləntisi 1,4 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftədə 2,5 milyon barel azalmışdı.


 
EIA göstəricilərinin açıqlanmasından sonra ABŞ-ın Qərbi Texas tipli xam neftinin barrel qiyməti 0,5 faiz artımla 49,69 dollaradək, Brent növü neftin barrel qiyməti də 0,6 faiz qazancla 52,83 dollaradək yüksəlib.

10.08.2017 05:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ