Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ Putinin Abxaziyaya səfərinə sərt reaksiya verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Putinin Abxaziyaya səfərinə sərt reaksiya verib

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionu Abxaziyaya səfərinə münasibət bildirib.


 
Dövlət Departamentinin sözçüsü Hezer Nauert (Heather Nauert) Moskvanı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb: “ABŞ Rusiya Federasiyası prezidenti Vladimir Putinin Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazisi Abxaziyaya səfərini qəbuledilməz və Moskvanın iştirakçısı olduğu Cenevrə beynəlxalq müzakirələrinin prinsiplərinə zidd sayır. ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir və Abxaziya ilə Cənubi Osetiyanın Rusiya tərəfindən tanınmasını rədd edir. ABŞ Rusiyanı öz qoşunlarını 2008-ci ildə baş vermiş hərbi fəaliyyətlərdən əvvəlki mövqelərə çəkməyə və Abxaziya ilə Cənubi Osetiyanın tanınması barədə qərarına yenidən baxmağa çağırır”.   


 
Xatırladaq ki, V. Putin avqustun 8-də Abxaziyaya səfər edib və separatçı bölgənin başçısı Raul Hacimba ilə görüşüb.

 

© APA

10.08.2017 08:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ