Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Əmanətlərin azalmasını Dolların bahalaşması da kompensasiya etmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətlərin azalmasını Dolların bahalaşması da kompensasiya etmir

2016-cı ilin Noyabr ayında fiziki şəxslərin banklardakı depozitləri  manat ilə ifadədə 170,7 milyon manat artıb.

 

Reklam_3_11

Maliyyə Bazarlarına Nəzarət Palatasından “Marja”ya verilən məlumata görə, 30.11.2016-cı il tarixinə fiziki şəxslərin depozitləri 7 milyard 583,8 milyon manat təşkil edib. Sonunca dəfə Mərkəzi Bank, 01.11.2016-cı il tarixinə əhalinin banklarda 7 milyard 413.1 milyon manat əmanəti olduğunu açıqlamışdı. Beləliklə, Mərkəzi Bankın və Palatanın rəqəmlərinin müqayisəsi Noyabrda əmanətlərin 170,7 milyon manat və ya 2,3% artdığına işarə edir.

 

Palatanın yayadığı rəqəmlərin müqayisəsinə görə isə, Noyabrda əmanətlər 187,8 milyon manat və ya 2,5% artıb.

 

Qeyd edək ki, banklardakı əmanətlərin təxminən 81%-i xarici valyutada (əsasən dollarda) yerləşdirilib. Dolların Manat qarşısında dəyər qazanması əmanətləri manat ilə ifadədə artırır.

 

Oktyabr-Noyabr aylarında Dolların Manat qarşısında 7%-ə yaxın bahalaşmasına baxmayaraq, əmanətlər 210,6 milyon manat və ya 2,7% azalıb.  Bu onu göstərir ki, 81%-i xarici valyutada olan əmanətlərin azalmasını dolların bahalaşması belə kompensasiya edə bilməyib.

 

Bunu da qeyd edək ki, Mərkəzi Bankın statistikası ilə Palatanın statistikası fərqlidir.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, fiziki şəxslərin depozitləri, mln. manat:

 

30.11.2016

7583.8

31.10.2016

7396,0

30.09.2016

7794.4

 

Mərkəzi Banka görə, əhalinin əmanətləri, mln.manat:

 

01.11.2016

7413.1

01.10.2016

7813,9

01.09.2016

7931.9

 

 

05.01.2017 06:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ