Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Yevlax-Zaqatala-Gürcüstan yolu əsaslı təmir olunacaq - 24,6 milyon

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yevlax-Zaqatala-Gürcüstan yolu əsaslı təmir olunacaq - 24,6 milyon
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının İlham Əliyev Prezidenti M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında  Sərəncam imzalayıb.

 

 

Sərəncamda deyilir:

 

Ölkədə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Son illərdə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilmişdir.

 

Bu tədbirlərin davamı olaraq, M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunması zərurəti yaranmışdır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, sözügedən avtomobil yolunun 100,7 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçən, 16 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 km) əsaslı təmir olunması məqsədilə qərara alıram:

 

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon (iyirmi dörd milyon altı yüz min) manat ayrılsın.

11.08.2017 17:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ