Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Atasığorta” “Unicapital”la əməkdaşlığa başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atasığorta” “Unicapital”la əməkdaşlığa başlayıb

“Unicapital İnvestisiya Şirkəti” ASC “Atasığorta” ASC-nin yeni anderrayteri təyin edilib.


Məlumatda görə “AtaSığorta”nın səhmdarının bu il iyunun 20-də keçirilmiş növbədənkənar ümumi yığıncağında Cəmiyyətin 28 oktyabr 2014-cü il tarixində AZ1003005183 nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin emissiya prospektinin 22-ci və 25-ci bəndinə dəyişiklik edilməsi barədə qərar qəbul edilib.

 

Şirkətin səhmlərinin yerləşdirilməsində iştirak edən anderrayter “Brokdil-AZ” MMC olsa da, onun lisenziyası ləğv edildiyindən “Unicapital İnvestisiya Şirkəti”nin “AtaSığorta”nın yeni anderrayteri təyin edilməsi qərara alınıb.


Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.


“Unicapital” isə 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmləri 100% “Unibank” ASC-yə məxsusdur. 

 

© Report

14.08.2017 08:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ