Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yağış yağacaq, dolu düşəcək, şimşək çaxacaq - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yağış yağacaq, dolu düşəcək, şimşək çaxacaq - XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 15-16-da Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, havada rütubətliyin bir qədər çox olması narahatlıq hissi yarada bilər.

 

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq.Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz

 

32-37° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.

 

Avqustun 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq 18-dək bəzi rayonlarda şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. 

14.08.2017 10:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ