Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda bank ombudsmanı işə başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda bank ombudsmanı işə başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılmış Bank Ombudsmanı institutu gələn aydan fəaliyyətə başlayacaq.

 

Bu barədə  ABA-dan məlumat verilib.

 

“Bank ombudsmanının müraciətləri qəbul etməsi üçün www.bankombudsman.az ünvanında fəaliyyət göstərəcək ayrıca internet səhifəsi yaradılıb. Hazırda saytın fəaliyyətə başlaması üçün aparılan texniki işlər yekunlaşmaq üzrədir. Müraciətlər həm bu elektron səhifə üzərindən, həm məktubla, həm də ofisdə qəbul ediləcək”, - deyə ABA-dan bildirilib.

 

Xatırladaq ki, ABA-nın Rəyasət Heyətinin bu il aprelin 14-də keçirilmiş iclasında Bank Ombudsmanının reqlamentinə əlavə və dəyişikliklər təsdiq edilib, bu vəzifəyə İkram Heydər oğlu Kərimov təyin edilib.

 

Qeyd edək ki, Bank Ombudsmanın yaradılmasında məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir. Maliyyə ombudsmanının 2 min ABŞ dollarına qədər olan mübahisələrə baxması nəzərdə tutulub. Bununla belə, yalnız o banklardan ombudsmana şikayət etmək mümkün olacaq ki, onlar “Bankların müştəriləri - fiziki şəxslərlə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamə”ni imzalamış olsun.

 

©Report

14.08.2017 11:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ