“Uğur”da daha çox qızıl var
Ötən il Gədəbəy rayonu ərazisində kəşf olunan “Uğur” qızıl yatağında ehtiyatların ilkin qiymətləndirmədən artıq olduğu müəyyənləşib. Bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti məlumat yayıb.
Qeyd olunub ki, Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) koduna uyğun olaraq Mineral Mənbələr və Mineral Ehtiyatların qiymətləndirməsi şirkətin ilkin gözləntilərindən çox olub.
Son qiymətləndirməyə əsasən, ümumi mineral ehtiyatlar 199 min unsiya qızıl və 1,049 mln. unsiya gümüşdən ibarətdir.
Xatırladaq ki, şirkətin ilkin hesablamalarında “Uğur” yatağında 195 min unsiya qızıl ehtiyatı ola biləcəyi qeyd olunmuşdu.
Bildirilib ki, “Uğur” yatağında istehsala sentyabr ayında başlanması gözlənilir. Artıq “Uğur” yatağı və şirkətin emal müəssisələri arasındakı yol tamamlanıb. Torpağın üst qatının ilkin qazma işlərinə iyulun sonunda başlanıb.
Qeyd edək ki, əvvəl bu ilin IV rübündə “Uğur” qızıl yatağından hasilata başlanması gözlənildiyi qeyd olunmuşdu.
“Uğur” yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
15 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 16 saat əvvəl