Girov əmlakının açıq bazarda satılması mümkün olacaq
Avqustun 9-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Hüquq Məsələləri üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib.
ABA-dan verilən məlumata görə, iclas zamanı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “İpoteka haqqında” qanununda dəyişikliklər edilməsi barədə” və “İcra haqqında” qanunda dəyişikliklər edilməsi haqqında” qanun layihələri ilə bağlı rəy və təkliflər müzakirə olunub.
“İpoteka haqqnda” qanunda dəyişiklik ondan ibarətdir ki, artıq ipoteka predmeti məhkəmədən kənar tutuma yönəldilə biləcək və həmçinin yeni layihə məhkəmədən kənar tutmada seçim mexanizmini müəyyən edir. Belə ki, yeniliyə əsasən girov əmlakının açıq bazarda satılması və ya “İcra haqqında” AR Qanununa uyğun olaraq birbaşa icra məmuru tərəfindən açıq hərracda realizasiyası mümkün olacaq.
İclasda, həmçinin təkrar hərracların müddətinin azaldılması, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin verilmə mexanizmi və bu məsələlərlə bağlı digər qanunvericilik aktlarına dəyişikliklər barədə təkliflər müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl