Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kreditlərdə birinci bank

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kreditlərdə birinci bank

ASC “Xalq” Bankı 2017-ci ilin ikinci rübünün nəticələrinə əsasən maliyyə-təssərrüfat fəaliyyətində müsbət dinamika nümayiş etdirərək bank sektorunda aparıcı mövqeyini bir daha təsdiqləmişdir”,- Bankın mətbuat xidməti bildirir.

 

Cari ilin altı ayı ərzində Bankın aktivləri 177,3 milyon manat (10.62%) artaraq 1 milyard 845 milyon manat təşkil etmişdir. Aktivlərin həcminə görə Xalq Bank kommersiya banklarının renkinq cədvəlində üçüncü pillədə qərarlaşıb.

 

Bank birinci rüblə müqayisədə cəmi kapitalın həcmini 3.25% artıraraq 245,353 milyon manata çatdırıb ki, bu da öz növbəsində bank sektorunda üçüncü nəticədir.

 

Ölçülmüş kredit siyasəti sayəsində 2017-ci il ərzində müştərilərə verilən kreditlərin ümumi məbləği 5.05% artaraq 1 milyard 338 milyon manata çatmış və bu göstəriciyə görə Xalq Bank ölkənin kommersiya bankları arasında birinci mövqeyini möhkəmləndirmişdir.

 

Bankın əsas fondlaşma mənbəyi olan depozit portfeli altı ay ərzində 11.98% artaraq 1 milyard 230 milyon manata çatdırılmışdır.

 

“Bu da müştərilərin Banka olan böyük etibarından xəbər verir. Bu göstəriciyə görə Xalq Bank Azərbaycanın üç böyük kommersiya bankı arasındadır”,- Bankın məlumatında deyilir.

 

Bank 2017-ci ilin ötən ayları ərzində inkişaf strategiyasının prioritet vəzifələrindən biri olan xidmət infrastrukturunun genişləndirilməsinə diqqət yetirib - Tovuz şəhərində sayca 28-ci filial istifadəyə verilib.

14.08.2017 12:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ